İnterpress.az xəbər verir ki, Almaniyanın WDR (İçtimai) kanalında yayımlanan satirik şou programlarının birində Türkiyə prezidenti Rəcəb Tayyib Erdoğanı, “Erdoğan” adlı təmizləyici vasitə reklamı ilə tənqid ediblər. Reklamda, qadın “Erdoğan” yuyucu tozunun nələrə qadir olduğunu izah edir və Türkiyənin Taksim meydanındakı mitinqi misal göstərir.
Daha sonra “Erdoğan” sayəsində hər yerin təmizləndiyini göstərərək bu yolla Türkiyə prezidentinin idarəçiliyinin diktatura rejimi olduğuna eyham edir.
Qiymətini soruşanda isə bu vasitənin baha olmadığını ifadə edir. “Erdoğan inanılmaz şəkildə ucuzdur. Türklər üçün 50%-in dəstəyi ilə sadəcə demokratiya bahasına başa gəlir. Kürtlərin həyatının bahasına başa gəlir. Və Avropa da bu məhsulun bədəlini dəyərləri ilə ödəyir.”
İnterpress.az in əldə etdiyi məlumata görə Almaniyada belə bir yuyucu vasitə yoxdur, sadəcə “SAGROTAN” adlı vasitənin adını Ərdoğanın adına uyğunlaşdırıb tənqid ediblər.
Bundan əlavə 1 \”Erdoğan\” alana 1 \”Trump\” beyin yuyucu hədiyyə etdiklərini deyiblər və Trumpı Axmaq adlandırıblar. Satirik reklam bununla yekunlaşmayıb. Masanın altından bir də Mr. Putin təmizləyici vasitəsini göstərərək: \”bu sadəcə öz ölkəsini deyil, bütün dünyanı təmizləyir. Putin sadəcə təmizləmir, hadisə yerinə özü birbaşa gedir\”. deyə əlavə edilib.
İnterpress.az həmin videonu təqdim edir. Xatırladırıq ki, satirik programın video yazısının üzərində türk dilində tərcüməsi də verilib.
İnterpress.azhttps://youtube.com/watch?v=NKhRoSSXBTA