İnterpress.az xəbər verir ki, bu barədə “Українські новини” nəşri Ukrayna Dövlət Miqrasiya Xidmətinin sorğuya cavabına istinadən bildirir.
Mənbəyə görə, ümumilikdə, ötən il 16866 nəfər Ukrayna vətəndaşlığını qəbul edib. Bunlardan 809 nəfəri əcnəbi vətəndaşlar, yaxud vətəndaşlığı olmayanlardır.
Ukrayna vətəndaşlığına qəbul edilmişlər arasında 26 ermənistanlı, 22 azərbaycanlı, 13 iordaniyalı və bir o qədər də pakistanlı, 12 belaruslu, 11 fələstinli və 11 misirli var.
İnterpress.az