İnterpress.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, rayonun Kebeloba kəndində vətəndaşa məxsus ümumi sahəsi 120 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 60 m² sahədə və bir otağının tavanı 25 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 05:52-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
İnterpress.az