Bundestaqının deputatı ABŞ-a buraxılmırbackend

Bundestaqının deputatı ABŞ-a buraxılmır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, bu barədə “Der Spiegel” jurnalı məlumat yayıb.

Buna səbəb 1975-ci ildə Tehranda anadan olan, 2002-ci ildə Almaniya vətəndaşlığı alan O. Nuripurun hələ də İran pasportuna sahib olmasıdır. O. Nuripur Bundestaqda Almaniya-ABŞ parlament qrupunun sədrinin müavinidir və bununla əlaqədar tez-tez ABŞ-a səfər etmək məcburiyyətindədir. O, indiyə qədər ABŞ-ın 50 ştatından 40-a səfər edib. D. Trampın fərmanı ilə İran vətəndaşları ilə bərabər ikili vətəndaşlığa malik şəxslərin də ABŞ-a səfərinə qadağa qoyulub.

O. Nuripur deyib ki, onun timsalında D. Trampın tətbiq etdiyi qadağanın nə dərəcədə absurd olduğu ortaya çıxır: “Almaniya hökuməti tək mənim yox, ABŞ-ın yeni qadağasının təsirinə məruz qalan bütün Almaniya vətəndaşlarını müdafiə etməlidir. Almaniya Vaşinqtonun fəaliyyəti ilə bağlı cavab tədbirləri görməlidir”.

İnterpress.az