İnterpress.az \”Vesti Ru\”ya istinadən xəbər verir ki, Tehranda turizm sərgisində çıxış edən İran prezidenti Həsən Ruhani Ağ Ev rəhbərliyini tənqid edib.
\”İndi xalqlar arasında divarhörmə zamanı deyil.
Berlin divarı belə söküldü. Bu cür tədbirlər hər zaman əks-reaksiya doğurur və divarlar əvvəl-axır yıxılır” deyə Ruhani çıxışı zamanı diqqətə çatdırıb.
Vaşinqton rəhbərliyinin miqrantlarla bağlı yeni tədbirlər planı və nüvə müqaviləsinə də toxunan Ruhani nəticələrin ağır ola biləcəyini sözlərinə əlavə edib.
İnterpress.az