Məlum olduğu kimi, bu gün Ermənistanın müdafiə naziri İrana səfər əsnasında iki dövlət arasındakı hərbi əməkdaşlığın perspektivini müzakirə edəcək.
İran-Ermənistan arasındakı danışıqlar tərəflər arasında ciddi əməkdaşlığa yol aça bilərmi?
İnterpress.az Politoloq İlqar Vəlizadə Moderator.az-a açıqlamasında İran və Ermənistan arasındakı mümkün hərbi əməkdaşlığının mühüm perspektiv vəd etmədiyini vurğuladı:
“İran və Ermənistan arasında hərbi əməkdaşlığın perspektivi olduqca aşağıdır. Birincisi, qeyd edək ki, Ermənistan İrandan silah-sursat almır. Ermənistan silaha olan tələbatını Rusiya hesabına ödəyir. Rusiya Ermənistana kredit ayırır ki, Ermənistan bu kredit hesabına Rusiyadan silah alsın. Ermənistan demək olar ki, digər ölkələrədn silah-sursat almır. Ermənistan İran üçün maraqlı partnyor deyil.
İran-Ermənistan arasında hərbi-texniki əməkdaşlıq imkanı məhduddur. Biz daha çox hərbi-siyasi əməkdaşlıq perspektivindən danışa bilərik. Bu əməkdaşlıq imkanları da məhduddur. Çünki Ermənistan Rusiyanın söz sahibi olduğu KTMT-in bir üzvüdür. Ermənistan müstəqil üzv deyil və Rusiya nə deyirsə, onu da edir. Ermənistan istəsə belə müstəqil addım ata bilməz. Əgər KTMT ilə İran arasında hansısa hərbi əməkdaşlıq olarsa, Ermənistan bu əməkdaşlıqda yer ala bilər. Bütün bunları ümumiləşdirib söyləmək olar ki, Ermənistan-İran arasında hərbi əməkdaşlıq perspektivi yox dərəcəsindədir.
Lakin bir məsələ də var ki, İran və Ermənistana arasındakı danışıqlar Azərbaycan üçün bəzi suallar doğurur. İşğalçı dövlətlə danışıq aparmağa nə lüzum var? Azərbaycan üçün işin qıcıqlandırıcı tərəfi məhz budur.
Bir daha vurğulayıram ki, sabah Azərbaycan işğaldakı torpaqlarını hərbi yolla azad etməyə qərar versə, İran-Ermənistan əməkdaşlığı bu məsələdə heç bir rol oynamayacaq”.
İnterpress.az