Rusiya ilə Gürcüstan barışırbackend

Rusiya ilə Gürcüstan barışır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Ria Novosti”ə istinadən xəbər verir ki, bu sözləri Moskva ilə əlaqələrə dair Gürücüstan baş nazirinin xüsusi nümayəndəsi Zurab Abaşidze deyib.
Gürcüstan 2008-ci ildən Abxaziya və Cənubi Osetiyanın \”müstəqilliyinin\” tanınması məsələsinə görə Rusiya ilə diplomatik əlaqələri kəsmişdi. 2012- ci ildə hakimiyyətə gələn yeni hökumətin əsas siyasi kurslarından biri Moskva ilə münasibətlərin normallaşdırılması olub.

Hal-hazırda ölkələr arasında dialoq Cenevrə müzakirələri çərçivəsində dəstəklənir. Müntəzəm görüşlər Zurab Abaşidze ilə Rusiyanın xarici işlər nazirinin müavini Qriqori Karasin ilə Praqada keçirilir. Qriqori Karasin öz növbəsində Tiflisin mövqeyini alqışlayıb.

\”Əgər hörmətli həmkarım Zurab Abaşidze həqiqətən belə açıqlama edibsə bunu yalnız alqışlamaq olar. Məlum olduğu kimi, 2008-ci ilin sentyabrında diplomatik münasibətlərimiz kəsilib, onların bərpası üçün və bizim tərəfimizdən problem olmayıb və yoxdur. Bu müddətdə müsbət dəyişikliklərin olması yalnız Tiflisdən asılıdır\”.

Yeni görüşün fevral ayında keçirilməsi nəzərdə tutulub. Hər iki diplomat müəyyən humanitar məsələlər, nəqliyyat kommunikasiya və ticari məsələləri müzakirə edəcək.

İnterpress.az