17 il sonra həbs edildi – Türk ADƏM adı iləbackend

17 il sonra həbs edildi – Türk ADƏM adı ilə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, S.Əliyev kirayədə qaldığı şəxsin evini qeyri-qanuni yolla satdığına görə zərərçəkən şəxsin şikayəti əsasında 17 il əvvəl axtarışa verilib.

O, 2000-ci ildə Türkiyəyə köçərək orada yaşayıb. Amma bir neçə il bundan əvvəl Azərbaycana qayıdaraq Qaradağ rayonunda yerləşən ticarət mərkəzlərindən birində ticarətlə məşğul olmağa başlayıb. Saxlanılan şəxs Azərbaycana qayıdandan sonra tanınmaması üçün özünü hamıya türk Adəm kimi təqdim edib. Artıq onun barəsində Sumqayıt ŞPİ-də toplanan materiallar araşdırılması üçün Qaradağ rayon prokurorluğuna göndərilib. (salamnews)

İnterpress.az