İnterpress.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.
İddialara görə, 12 il əvvəl atasını öldürən şəxsdən intiqam almaq üçün silahlı şəxs restorana hücum edib. Təcavüzkar şəxsin silahından çıxan güllələr səbəbiylə bəzi vətəndaşlar da yaralanıb.
Silahlı şəxs polisə təslim olub.
İnterpress.az