İnterpress.az BBC-yə istinadən xəbər verir ki, Məhəmməd Bello Əbubəkir ötən həftənin şənbə günü öz evində xəstəlikdən dünyasını dəyişib. Xəstəliyin adı açıqlanmayıb.
“Nigeria\’s Daily Trust” qəzetinin verdiyi məlumata görə, 2008-ci ildə məşhurlaşan Əbubəkirin o zaman 85 arvadı var idi. Lakin ölənə kimi bu rəqəm 130-a çatmışdı.
Qəzetin yazdığına görə, onun xanımlarından bəziləri hamilədir. Əbubəkirin 203 uşağı qalıb.
İnterpress.az