İnterpress.az xəbər verir ki, Qambiya dövlətinin adındakı İslam Respublikası sözü ləğv edilir.
Prezident seçkilərindən sonra Qambiyada siyasi böhran baş qaldırmışdı və dünyanın diqqəti bir müddət bu ölkəyə yönəlmişdi. Artıq siyasi böhranı geridə qoyan ölkədə yeni prezident verdiyi qərar ilə yenə də dünyanın diqqət mərkəzinə çevrilib.
Qərbi Afrika dövlətlərinin təzyiqi və hərbi müdaxiləsindən sonra sələfi Yahya Jammehdən prezident kürsüsünü təhvil alan Adama Barrou Qambiya İslam Respublikasının adını dəyişdirmək qərarına gəlib.
Barrou əhali sayının 90 %-ini müsəlmanlar təşkil edən ölkədə xristian və animist inancına sadiq insanların da yaşadığını bildirərək ölkənin adını Qambiya Respublikası olaraq dəyişdirdi.
İnterpress.az