İnterpress.az-ın məlumatına görə, partiyaların mətbuat katibləri bildiriblər ki, müsəlmanların üzünü tamamilə bağlamasını qadağan edən qanun qəbul edilib.
Avstriyada 5 gün davam edən müzakirələr nəticəsində koalisiya hökuməti yeni proqram mövzusunda razılığa gəlib. \”Sosial Demokrat\” partiyası ilə koalisiya ortağı mühafizəkar \”Avstriya xalq partiyası\” çadranın qadağan edilməsi məsələsində ortaq qərar verib.
Xəbərdə deyilir: \”Müsəlmanların üzünü tamamilə bağlamasını qadağan edən qanun qəbul etdik. Bu bizim üçün asan bir razılaşma olmadı. Qərarı dəstəkləyən və əleyhinə çıxanlar var idi. Amma ortaq bir hökumət üçün razılaşmaq qərarına gəldik\”.
Avstriyanın daxili işlər naziri Sebastiyan Kurtz yeni qərarı təbrik edib və deyib: \”Çadra və hicab, sələfilərin Quran kitabı paylamaları cəmiyyətə qarşı simvolik şeylərdir. Bunlar qadağan ediləcək\”.
İnterpress.az