İnterpress.az-ın məlumatına görə, bu barədə danışan idmançı yarışa ciddi hazırlaşdığını bildirib.
“Dünyada Azərbaycan adını ucaltmaqdan gözəl hiss ola bilməz. Bir idmançı üçün öz dövlətinin himninin ifa olunması və bayrağının ucaldılmasından şərəfli heç nə yoxdur. Rinqə bu amalla çıxırıq.
Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev bizə tövsiyyələrində bunu xüsusi qeyd edir.
Rəqibim Amerikalı kikboksçu Kris Taylordur. Kifayət qədər təcrübəli və güclü idmançıdır. Qələbə qazanacağıma inanıram”.
İnterpress.az