İnterpress.az-ın APA-ya istinadən xəbərinə görə, bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov qətərli həmkarı Şeyx Məhəmməd bin Əbdürrəhman Al-Tani ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
Nazir bildirib ki, Azərbaycanla Qətər arasında fondun yaradılması və üçüncü ölkələrə birgə investisiyaların yatırılması müzakirə edilir: “Prezidentin Doha səfəri öncəsi bunları müzakirə etməyə hazırıq. İki ölkə arasında gizli mövzular yoxdur”.
İnterpress.az