İnterpress.az “Ria Novosti”yə istinadən xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq bildirib. Onun sözlərinə görə, alyansa üzv ölkələrin müdafiə nazirləri 2017-ci ilin fevral ayında Qara dəniz regionunda hərbi iştirakın gücləndirilməsi üzrə tədbirlər paketini təsdiq edəcək: “Tədbirlər quruda, dənizdə və hava məkanında NATO-nun regional mövqelərinin möhkəmlənməsinə aid olacaq”.
Yens Stoltenberq əlavə edib ki, NATO və Rusiya terrorizmlə mübarizədə qarşılıqlı fəaliyyət göstərə bilərlər.
İnterpress.az