Hava şəraiti Çovdarovun gətirilməsinə problem yaratdıbackend

Hava şəraiti Çovdarovun gətirilməsinə problem yaratdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilməli olan proses dustaqların gətirilməməsi səbəbindən başlamayıb.

Akif Çovdarovun vəkili Sadiq Rəsulov musavat.com-a açıqlamasında deyib ki, Akif Çovdarov və digərlərinin məhkəmə prosesinə gətirilməsində yaranan problem hava şəraiti ilə əlaqədadır.

Vəkilin sözlərinə görə təqsirləndirilən şəxslər məhkəməyə gətiriləcəyi təqdirdə prosesin baş tutacağı gözlənilir.

Bildirək ki, A.Çovdarovla birlikdə müttəhimlər kürsüsünə ləğv edilmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanov da çıxarılıb.

İnterpress.az