İnterpress.az \”Ria Novosti\”yə istinadən xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani ABŞ prezidenti Donald Trampın 7 müsəlman ölkəsinin vətəndaşları ilə bağlı qəbul etdiyi qərarı şərh edərkən deyib.
Onun sözlərinə görə, ABŞ-ın son addımları səhv və ədalətsizdir: \”Xalqlar arasında divarların ucaldılması dövrü artıq bitib. Müasir zamanda texnologiyalar erası dünya xalqları arasında əlaqələri möhkəmləndirmək üçündür\”.
İnterpress.az