İnterpress.az \”Gazeta Ru\”ya istinadən xəbər verir ki, Amerikada yaşayan azərbaycanlı müğənni Ququş telekanalının aparıcısının suallarını cavablandırıb.
Aparıcı Ququşa belə sual verib: \”Sizin qrin kartınız var, Los Ancelesdə yaşayırsınız. Sabah ABŞ-a qayıdacaqsınız. Narahat olmurusunuz ki, ABŞ-a gələndə sizi tuta bilərlər?\”
Müğənni bu cür hissləri 37 il əvvəl də hiss etdiyini deyib: \”1987-ci ildə Londondan Tehrana qayıdanda problemlərlə üzləşdim. İslam rejimi hakimiyyətə gələndən sonra 21 il səhnəyə çıxa bilmədim. İndi isə ABŞ-a gələ bilmərəm. Çünki mən müsəlmanam. Bu məni narahat edir. Fərman imzalandığı gündən mən ikinci evimdən qovulduğumu düşündüm. Belə olacağı halda özümə yeni sığınacaq axtarmalı olacağam.”
İnterpress.az