“İran sürətlə İraqı hissə-hissə udur”backend

“İran sürətlə İraqı hissə-hissə udur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə prezident öz “Twitter” səhifəsində yazıb.

“İran sürətlə İraqı hissə-hissə udur. Hətta ABŞ-ın ora 3 trilyon dollar xərcləməsinə baxmayaraq bu proses davam edir. Bu artıq çoxdan hamıya məlumdur!”, – deyə Tramp vurğulayıb.

Qeyd edək ki, 2003-cü ildə ABŞ Səddam Hüseyn rejimini devirmək üçün iraqa daxil olub. Daha sonra ABŞ qoşunlarının əsas hissəsi bu ölkədən çıxarılıb. Həmin vaxtdan etibarən İraqda güclü mərkəzi hakimiyyət yoxdur. Hökumət ölkənin bir neçə regionuna faktiki olaraq nəzarət edə bilmir.

Rəsmi Tehran İraq əhalisinin əhəmiyyətli hissəsinin şiə olmasına görə Bağdad üzərində güclü təsirə malikdir. 1979-cu ildə İslam İnqilabından sonra ABŞ İranı regionda ən böyük rəqibi hesab edir.

İnterpress.az