İnterpress.az xəbər verir ki, bu barədə RİA-Novosti məlumat yayıb.
Qeyd olunub ki, səsvermə Avropa Parlamentinin plenar sessiyası çərçivəsində Brüsseldə baş tutub. Yekunda Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğvi barədə qərar verilib. Qərarın lehinə 553, əleyhinə 66 parlamentar səs verib. 28 nəfər bitərəf qalıb.
Xatırladaq ki, Avropa İttifaqının Gürcüstan vətəndaşları üçün viza məhdudiyyəti məsələsi üzrə AP-nin məruzəçisi Mariya Qabriel Aİ Şurasını bu siyasi qərarı dərhal təsdiqləməyə çağırmışdı.
İnterpress.az