İnterpress.az \”Milliyet\”ə istinadən xəbər verir ki, Türkiyəli məşhur aparıcı, şoumen və aktyor Murat Başoğlu məhkəmənin qərarı ilə 3 aylıq həbs cəzasına məhkum edilib. Buna səbəb onun içkili vəziyyətdə avtomobil idarə etməsi olub.
Qeyd olunur ki, yol polisləri onu alkotesterdən keçirmək istəsələr də, Murat Başoğlu bunu rədd edib. Bundan sonra əlavə polis gücü ilə onu yaxınlıqdakı polis bölməsinə aparıblar. Bütün bu proseslərdən sonra məhkəmə şoumen barəsində 3 aylıq həbs cəzası hökmü verib.
İnterpress.az