“Əsgərləriniz qorxaqdır. Sərhədi düzgün qoruya bilmir”backend

“Əsgərləriniz qorxaqdır. Sərhədi düzgün qoruya bilmir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Ştatlar prezidenti Donald Tramp Meksikaya hərbi müdaxilə edilə biləcəyini deyib.
İnterpress.az \”Ria Novosti\”yə istinadən bildirir ki, Meksikanın prezidenti Pena Nieto ilə telefonda danışan Tramp “əsgərləriniz qorxaqdır. Sərhədi düzgün qoruya bilmir. Özün də bilirsən ki, ölkələrimiz arası sərhəd zonada pis insanlar, narkobaronlar var və onlar istədiklərini edirlər. Bizim əsgərlərimiz isə qorxaq deyil. Bəlkə də o əraziyə nəzarət edə bilmək üçün qoşun göndərməliyəm”, deyib.
Qeyd edək ki, yeni ABŞ rəhbəri Donald Tramp Meksika ilə sərhədə divar inşa etmək barədə fərman imzalayıb. Onun belə bir fərman izmalaması dünyada geniş etirazlarla qarşılanmış və qınanmışdı.

İnterpress.az