İnterpress.az xəbər verir ki, Apasport.az saytının məlumatına görə, yarımfinal mərhələsinin ilk oyununda Burkina Faso və Misir münasibətlərinə aydınlıq gətiribərlər.
1/4 finalda Burkina Faso Tunisi (2:0), Misir isə Mərakeşi (1:0) mübarizədən kənarlaşdırmışdı.
Oyunda hesabı Misir açıb. Mohamed Salah 65-ci dəqiqədə şimali afrikalıları hesabda önə keçirib. Ancaq ərəblərin bu üstünlüyü cəmi 7 dəqiqə çəkib. Aristid Banse oyunda status-kvonu bərpa edib.
Qarşılaşmanın əsas vaxtı bu hesabla başa çatıb. Əlavə vaxtda da qol olmayınca ilk finalçının adına penaltilər seriyasında aydınlıq gəlib. Burda daha dəqiq oynayan (4:3) Misir millisi qitə birinciliyinin finalına vəsiqə qazanıb.
Yarımfinalın digər oyunu sabah keçiriləcək. Kamerun millisi finala vəsiqə uğrunda Qanayla mübarizə aparacaq.
Afrika Millətlər Kuboku
Yarımfinal
1 fevral
Burkina Faso – Misir 1:1 (pen.: 3:4)
Qollar: Banse, 72 – Salah, 65
İnterpress.az