İnterpress.az xəbər verir ki, Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov Moderator.az-a açıqlamasında ağ camış yağları ilə bağlı xəbərdarlıq edib. Ekspertin sözlərinə görə, son vaxtlar rayonlardan ölkə paytaxtına gətirilən və insanlara ağ camış yağı kimi təqdim edilən bu yağların bitki yağları ilə qarışığı mövcuddur:
“Son vaxtlar müxtəlif rayonlardan paytaxt və ətraf ərazilərə ağ camış yağı kimi təqdim edilən yağların gətirilməsi halları artıb. Insanların çoxunu bu yağların camış yağı olması adı ilə aldadırlar. Halbuki, bu yağlar müxtəlif bitki yağlarının qarışığından ibarətdir. Belə ki, bir qədər nehrə yağına müxtəlif bitki yağlarını ataraq əridirlər. Daha sonra bu yağı təmiz camış yağı kimi bazara çıxardırlar. Əhali bu barədə məlumatlı olmalı, aldanmamalıdır”.
İnterpress.az