“Muzeyə hücum terror aktıdır”backend

“Muzeyə hücum terror aktıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az \”Vesti Ru\”ya istinadən xəbər verir ki, bunu Fransanın Baş naziri Bernar Kaznev bildirib.
“Hücum terror xarakterli olub”, – baş nazir vurğulayıb.

Xəbər verdiyimiz kimi, fevralın 3-də naməlum şəxs muzeyin qarşısındakı patrula bıçaqla hücum edib.

Hərbçi ona cavab olaraq atəş açıb. Hücum edənin qarın boşluğundan yaralanaraq hospitala aparıldğı bildirlib. Hərbçilərdən bir də yüngül yaralanıb. Onu da hospitala yerləşdiriblər.

Fransanın müdafiə naziri Jan-İv le Drian muzeyin qarşısındakı patrula hücumla əlaqədar ölkənin şimal-qərbində yerləşən Bretan bölgəsinə səfərini dayandıraraq Parisə qayıdıb.

İnterpress.az