Rusiya səfirliyində terrorbackend

Rusiya səfirliyində terror

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb. Məlumata görə, səfirlik fevralın 2-i və 3-də minaatanlardan atəşə tutulub.

Sonradan səfirlik yaxınlığında iki dəfə güclü partlayış səsləri eşidilib. Partlayışın biri səfirliyin binasının ərazisində, digəri isə 20 metrlik aralıqda olub.

Hadisə nəticəsində Rusiya diplomatlarından xəsarət alan olmayıb.

\”Məqsəd Suriyada atəşkəs rejiminin pozmaqdır. Lakin bu fikirli qüvvələr məyus olacaqlar. Suriyada terrorla mübarizə tədbirləri davam etdiriləcək. Bu terroru törədənlər də cəzasız qalmayacaq”, – deyə Rusiya Xarici İşlər Nazirliyindən bəyanat yayılıb.

Qeyd edək ki, Suriyada Rusiya səfirliyi yaxınlığında birinci dəfə deyil ki, terror aktı törədilir.Ötən ilin oktyabr ayında törədilən terrorda isə rusiyalı diplomatlardan ikisi xəsarət almışdı.

İnterpress.az