İnterpress.az xəbər verir ki, sənətkar \”Ölkə.Az\”-ın əməkdaşıyla söhbətində bu barədə danışıb:
\”Bu qərarın nəyi məni qane edəcək? Bundan sonra yüz neçə manat məvacib alacağam. Onla da heç maşınla işə gələndə \”parkovka\”nın pulu çıxmır\”.
Qeyd edək ki, ötən gün teatr rəhbərliyi yaşı yetmişi haqlamış bir neçə sənətkarı yarımştata keçirib.
Əməkdaşımız məsələylə bağlı teatrın direktoru Mübariz Həmidovla əlaqə saxlayıb. Həmidov danışa bilmədiyini deyərək, telefonu qapadıb.
İnterpress.az