İnterpress.az \”Hürriyet\”ə istinadən xəbər verir ki, hadisə Türkiyə vaxtı ilə saat 04:05 radələrində baş verib. Hava limanının girişində polis şübhəli bir mikro avtobusu saxlamağa cəhd edib. Lakin mikro avtobusun sürücüsü polisin əmrinə tabe olmayıb və hərəkətin əks istiqamətində qaçmağa çalışıb. Polis əməkdaşları avtobusun təkərinə atəş açaraq şübhəliləri təqib edib.
Hadisə ilə bağlı terrorla mübarizə idarəsinə və özəl hərəkat şöbəsinə məlumat verilib.
İnterpress.az