İnterpress.az xəbər verir ki, iclasın təxirə salınmasının səbəbləri hələlik məlum deyil.
Komitə iclasında \”Əmək pensiyaları haqqında\” qanununa dəyişiklik layihəsinin müzakirəyə çıxarılması planlaşdırılmışdı.
Fevralın 6-da keçirilməsi nəzərdə tutulan iclasa az sayda-yalnız hökuməti təmsil edən media orqanları dəvət olunmuşdu. Bu qərar digər jurnalistlərin etirazına səbəb olub.
Qeyd edək ki, Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəblidir.
İnterpress.az