\”Hər kəsin şəxsi fikri, hadisələrə fərqli yanaşması ola bilər. Amma Səfəvi də bizimdir, Osmanlı da. Bir hamımız bir millətik. Bir milləti üz-üzə qoymaq düzgün deyil, insanlar narahat olurlar\”.
İnterpress.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında yazıçı, millət vəkili Aqil Abbas deputat Araz Əlizadənin fikirlərini şərh edərkən bildirib.
Aqil Abbas deyib ki, bütün dünyanın Türkiyənin üstünə düşdüyü bir zamanda biz qardaş dövlətin yanında olmalıyıq:
“Türkiyə ilə bir olmalıyıq. Türkiyəyə söz deyənə birinci biz cavab verməliyik. Bu mənada gərək belə fikirlər səslənməyəydi. Biz Türkiyənin yanında olmalıyıq, Osmanlı da mənimdir, Səfəvi də. İki dövləti qarşı-qarşıya qoyan ziyalılar düz eləmirlər. Qaldı ki Nuru Paşaya… Nuru Paşa Azərbaycanı bolşeviklərdən, zir-zibildən təmizləyib. Nuru Paşa olmasa Bakı olmayacaqdı”.
Xatırladaq ki, deputat Araz Əlizadə mətbuata verdiyi müsahibədə Osmanlı dövlətinin, Azərbaycan Xalq Cümhuriyyətinin və Nuru Paşanın əleyhinə kəskin fikirlər səsləndirib.
İnterpress.az