Bəzi insanlar bunu iş, bəziləri isə şəxsi məqsədləri üçün istifadə edir. Şəxsi mənafeyi üçün istifadə edənlər tez-tez statuslar yazır, şəkillər paylaşır. Bu tip insanların paylaşdığı şəkillərin bir-biri ilə nə dərəcədə uzlaşdığına fikir vermək lazımdır. Normalda bir insan gün ərzində 4 fərqli əhvali-ruhiyyədə şəkil paylaşırsa, bu, onun həmin gün keçirdiyi dəyişkən psixoloji durumundan xəbər verir. İkinci tərəfdən, paylaşılan bu şəkillər diqqət çəkmək məqsədi daşıyır.
Sosial şəbəkələrdə diqqət çəkməyin əsas vasitələrindən biri də qəmgin şəkillər paylaşmaqdır. Belə şəkil paylaşan zaman insanlar nə baş verdiyini öyrənmək üçün həmin insana yazıb hal-əhvalını soruşur. Yaddan çıxan insan bir anda dostların diqqət mərkəzinə çevrilir. Bunu özünütəsdiq forması kimi də qiymətləndirmək olar. Bu cür hallar həmin insanlara psixoloji güc verir. Ümiləşdirsək, sosial şəbəkədə tez-tez şəkil paylaşmaq iki halda baş verir:
1 – Depressiv vəziyyətdə olan zaman
2 –Diqqət çəkməklə daxili rahatlıq tapmaq istəyən zaman.
İnterpress.az