Gənc qalın
Öz qeydinizə qalsanız, yaşlanma qorxulacaq bir şey deyil – lakin, hamı istəyir ki, uzun müddət gənc və gümrah görünsün. Sevindirici xəbər odur ki, təbiətin yeyilə bilən zəngiliyindən istifadə etməklə belə olmaq olar! Əgər gənc görünmək, sağlam qalmaq istəyirsinizsə uğur qazanmaqda kömək olan iki əsas komponent var: doğru qidaları yemək və müntəzəm olaraq məşq etmək. Sonuncu aydındır; bəs, hansı qidalar yaşlanma əleyhinə effektivdir və onların xeyirləri varmı?
“Tərəvəzlər” və “bəli” bu suallara ən yaxşı cavabdır. Sağlam tərəvəzlərin anti-oksidantlarla (zərərli ultrabənövşəyi şüalara qarşı müdafiə edən tərkib) zəngin olduğu üçün bədənin bərpaedici xüsusiyyətlərinə xeyirli təsiri var. Əgər doğru tərəvəzləri yesəniz, bu antioksidantlar çevik və fəal qalmağınıza kömək edir.
Gəlin yeməyinizə əlavə biləcəyiniz və yaşlanma prosesini ən yaxşı ləngidən üç tərəvəzi gözdən keçirək.
İspanaq
Bu tərəvəz C vitamini ilə zəngindir; o, dəridə kollagen istehsal edir və saxlayır ki, bu da dərinin elastikliyinə səbəb olur. İspanaq antioksidantlarla boldur. Effektiv olmasını istəyirsinizsə, onu tam yuduqdan sonra bişməmiş yeyin və ya azca buxara verin.
Yerkökü – görməyə xeyirli olmasına görə məşhur bu tərəvəzlər həm də, dırnaq və saçları sağlamlaşdıran vitamin və mikroelementlərlə zəngindir. Bununla yanaşı, kök şirəsi ən xeyirli içkilərdəndir.
Brokkoli – xərçənglə mübarizə aparan tərkibinə, C vitamininə, kükürd və faydalı amin turşularına görə tanınır, bu tərəvəz bədəni toksinlərdən təmizləyir və onun bərpaedici xassələrini artırır. Ispanaq kimi bunu da bişirmədən yemək lazımdır. Əgər uşaqlıqda brokkoliyə nifrət edirdinizsə, yaxşı olar ki, onları böyüdüb sevməyə başlayasınız!
Bu üç sağlam tərəvəzini müntəzəm olaraq yemək və, eyni zamanda, səmərəli məşq rejimində olmaq sizin gənc qalmağınıza kömək edəcək və əla hiss edəcəksiniz. Ləzzətli yerkökü şirəsini içə-içə qırışlara və ağ saçlara “bu gün yox” deyib özünüzə zövq verin!
İnterpress.az