Siz yaşınıza görə gümrahsınızmı?backend

Siz yaşınıza görə gümrahsınızmı?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lakin bununla belə hər yaşın öz \”gümrahlıq normativləri\” var, deyir ekspert.
20 yaşlarında olanlar 5 kilometrlik məsafəni 30 dəqiqəyə qaça bilməli, bir dəfəyə 20 dəfə pres etməyi bacarmalıdırlar.
30 yaşdakılar 1,6 kilometr məsafəni 9 dəqiqədən də az vaxtda qaçmağı bacarmalıdırlar. Bundan başqa, bu yaşda olanların 45 saniyə müddətində \”plank\” saxlaya bilməsi vacibdir. İngilislər ayaq barmaqlarının ucu və qol dirsəklərinin üstündə qarın yerə dəymədən uzanmağı \”plank\” adlandırırlar. Bu yaşda çəkinizin 50 faizi ağırlığında olan ştanqı qaldıra bilməlisiniz.

Siz yaşınıza görə gümrahsınızmı?

40 yaşlarında dayanmadan 60 saniyə qaça, on dəfə pres edə bilməlisiniz.
50 yaşlarında da 60 saniyə dayanmadan qaçmaq lazımdır, amma bir qədər yavaş sürətlə.
5 dəfə pres etmək kifayətdir.
60 yaşlarınızda günə 10 min addım atmalısınız. Bundan başqa bir qolunuzu çiyninizin üstündən aşırmaqla, o birini belinizin arxasında tutmaqla barmaq uclarını birləşdirə bilməlisiniz.
70 yaşlarında 1,6 kilometri 16 dəqiqəyə qət edən şəxsi \”cavan oğlan\” hesab eləmək olar. Bir şərtlə ki, o həm də 10 pillələni 30 saniyədə rahatca qalxa bilsin. Bundan başqa əlinizin köməyi olmadan stuldan ayağa qalxıb təkrar oturmalısınız. Bunu 30 saniyədə 12 dəfə edə bilsəniz, deməli işlər o qədər də pis deyil.

Siz yaşınıza görə gümrahsınızmı?

İnterpress.az