İnterpress.az BakuPost.az-a istinadən xəbər verir ki, artım iqtisadçıların da proqnozlaşdırdığı kimi ilk növbədə taksi xidmətlərində müşahidə olunur.
Əməkdaşımızın apardığı sorğu nəticəsində məlum olub ki, xidmətlərdə gediş haqları 1 manatdan 2,5 manata kimi artırılıb.
Belə ki, Uber taksi xidmətiylə əlaqə saxlamaq mümkün olmasa da, hər zaman 2,50 manat gediş haqqı ödənilən məsafəyə bu gün 4 manat 50 qəpik pul yazılıb.
Ölkədə ən ucuz taksi xidməti hesab olunan Salam taksi şirkətindən aldığımız məlumata görə isə, bütün istiqamətlərdə 1 manat artım edilib.
Ulduz taksidən isə saytımıza bildirilib ki, qiymətlərdə heç bir dəyişiklik yoxdur.
189 taksi xidmətindən isə qiymətlərin hələki dəyişmədiyini bildiriblər.
*2424 taksi xidmətinin əməkdaşı isə hələki qiymət artımının gözlənilmədiyini qeyd edib.
İnterpress.az