Yeni bir ümid … Qızıl zərrəcikləri xərçəng dərmanlarının təsirini artıra bilərbackend

Yeni bir ümid … Qızıl zərrəcikləri xərçəng dərmanlarının təsirini artıra bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Edinburgh Universitetindən doktor Asier Unciti-Broceta, qızılın daha əvvəl bilinməyən bir xüsusiyyətini kəşf etdiklərini açıqlayaraq belə danışdı: \”Bunu xəstələr üzərində tətbiq etmək üçün hələ zaman var, amma bu irəli doğru atılmış bir addımdır. Bir gün cərrahların, kemoterapiyanın birbaşa olaraq şişlərə təsir etməsini təmin edəcək bir cihazı bədənə yerleşdirə biləcəyini düşünürük. \”
İngiltərədə olan Xərçəng Araşdırmaları Mərkəzindən Doktor Aine McCarthy, \”Bu tərz üsullar beyin şişlərini və digər müalicəsi güc tədbiq olunan xərçəng növlərinə müdaxiləni asanlaşdırar\” dedi.
Nəticələri Angewandte Chemie adlı bir elm jurnalında nümayiş olunan araşdırmaya görə, zebra balığının beyninə yerləşdirilən qızıl parçacıqları dərmanların təsir etmə sürətini artırdı. Eyni tədqiqatçılar, qızıl parçacıqların şişləri hədəf aldığını və kemoterapiya əsnasında sağlam orqanların zərər görməsini maneə törətdiyini də düşünür. Araşdırmaçılar inkişaf etdirilən texnikanın insanlar üzərində tətbiq olunması üçün daha çox zamana ehtiyac olduğunu da açıqladı.
Qeyd edək ki, qızıl insan üçün ən etibarlı kimyəvi element olaraq təyin olunur və kimyəvi reaksiyaları sürətləndirmə xüsusiyyəti var.

İnterpress.az