Tanınmış aktrisanın ayağı SINDI – FOTObackend

Tanınmış aktrisanın ayağı SINDI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məşhur rusiyalı aktrisa İrina Bezrukova ayağını sındırıb.

İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Tanınmış rusiyalı aktrisa İrina Bezrukova Moskvada gəzinti zamanı ağır xəsarət alıb. Küçədə sürüşərək yıxılan aktrisanın topuğu kəskin şəkildə burulub və sınıb.

Həkimlər dərhal Bezrukovanın ayağına gips qoyublar, sonradan isə onu xüsusi ortezlə (ortopedik fiksatorla) əvəzləyiblər.

Hazırda rəsmi həkim nəzarətində olan aktrisanın özünü yaxşı hiss etdiyi bildirilir.

Bədbəxt hadisə ilə əlaqədar aktrisanın iştirak etməli olduğu yaxın günlərdəki bütün teatr tamaşalarının qrafiki müvəqqəti olaraq təxirə salınıb.

Xuraman Etibarlı

İnterpress.аz