Yeni Moskvada uşaq bağçasında kimyəvi maddə ilə zəhərlənən azyaşlının valideynləri 5 milyon rubla yaxın təzminat qazanıblar.
İnterpress.аz xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Rusiyanın Yeni Moskva ərazisində uşaq bağçasında baş verən ağır zəhərlənmə hadisəsinə görə məhkəmə zərərçəkən ailənin xeyrinə böyük məbləğdə təzminat ödənilməsi barədə yekun qərar çıxarıb.
Məhkəmənin hökmü ilə uşaq bağçasından mənəvi zərərə görə 4,7 milyon rubl (təxminən 97 100 manat) kompensasiya tutulması təsdiqlənib.
Bir neçə il əvvəl 6 yaşlı oğlan orada qabyuyan maşın mayesi içib. Maye masadakı fincanda, uşaqların adətən içməli su üçün istifadə etdiyi fincanda olub.
Araşdırmalar zamanı həmin fincanı orada dayənin unutduğu məlum olub. Kimyəvi maddəni içən uşaq ağız boşluğunun, yemək borusunun və mədəsinin kəskin kimyəvi yanıq xəsarətlərini alıb.
Məhkəmə müəllimin dayəyə nəzarət etmədiyinə və dayənin kimyəvi mayenin saxlanma qaydalarını pozduğuna qərar verib.
Hər ikisi o zaman günahkar bilinib. İndi məhkəmə mənəvi ziyana görə 4,7 milyon rubl təzminat təyin edib.
Son instansiya məhkəməsinin qərarı ilə isə bağça rəhbərliyi zərərçəkən ailəyə ümumilikdə 5 milyon rubla yaxın (təxminən 106 500 manat) təzminat ödəməli olacaq.
Xuraman Etibarlı
İnterpress.аz






