Vyetnamda QORXULU ANLAR: 3 metrlik dalğalar turistləri qayalara ÇIRPDIbackend

Vyetnamda QORXULU ANLAR: 3 metrlik dalğalar turistləri qayalara ÇIRPDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vyetnamda dənizə çimməyə gedən Rusiya və Qazaxıstan vətəndaşları boğulmaqdan son anda xilas edilib.

İnterpress.аz xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Vyetnamda istirahət edən Rusiya və Qazaxıstan vətəndaşları olan üç turist dənizdə çimərkən ölümün astanasından qayıdıblar.

Nyanq şəhərindən ölkənin cənubuna görməli yerləri gəzmək üçün nəqliyyat vasitəsi icarəyə götürən dörd nəfərlik turist qrupu yolüstü dənizdə çimmək qərarına gəlib.

Bu zaman güclü dalğalar kişiləri qəfildən açıq dənizə sürükləyib.

Onlardan ikisi böyük çətinliklə sahilə yaxınlaşa bilsə də, kəskin dalğalar onları ard-arda sahildəki iti qayalıqlara çırpıb.

Üçüncü şəxs isə suyun ortasında köməksiz vəziyyətdə qalıb. Vunq Ro körfəzindəki sərhəd postunun növbətçi əməkdaşları və yerli polislər operativ şəkildə hadisə yerinə gələrək zərərçəkənləri xilas ediblər.

Qayalıqlara çırpılan turistlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hadisənin baş verdiyi Xanhon əyalətində əvvəlcədən güclü külək və hündürlüyü 3 metrə çatan fırtınalı dalğalar barədə rəsmi xəbərdarlıq elan edilibmiş.

Lakin turistlərin bu xəbərdarlığa məhəl qoymaması az qala böyük faciə ilə nəticələnəcəkdi.

Xuraman Etibarlı

İnterpress.аz