Ermənilərin Katolikosu II Qareginin işi üzrə hakim özünə etiraz edərək prosesdən çəkilib.
İnterpress.аz xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Bütün ermənilərin Katolikosu II Qareginin cinayət işi üzrə məhkəmə prosesində gözlənilməz hadisə baş verib.
Vəkil Ara Zoqrabyan bildirib ki, cinayət işinə baxan hakim rəsmi olaraq özünə etiraz edərək (özünü kənarlaşdıraraq) prosesdən çəkilib.
Qeyd edək ki, fevralın 14-də Ermənistan Prokurorluğu II Qareginə qarşı məhkəmə qərarının icrasına mane olmaq ittihamı ilə cinayət işi açıb.
Son aylarda isə ölkənin Baş naziri Nikol Paşinyan ömürlük seçilən II Qareginin Erməni Apostol Kilsəsinin rəhbəri vəzifəsindən rəsmən uzaqlaşdırılması üçün faktiki olaraq açıq və geniş siyasi kampaniya aparır.
Siyasi və hüquqi müşahidəçilər hakimin bu addımını işin arxasında duran güclü siyasi təzyiqlər və kilsə-dövlət qarşıdurmasının mürəkkəb xarakteri ilə əlaqələndirirlər.
Yeni hakimin təyin olunması və məhkəmənin növbəti tarixi yaxın günlərdə bəlli olacaq.
Xuraman Etibarlı
İnterpress.аz






