Bakıda kişi sevdiyi qadını övladı ilə birlikdə qaçırdıbackend

Bakıda kişi sevdiyi qadını övladı ilə birlikdə qaçırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın xəbərinə görə, bu barədə Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanlarından məlumat veriblər.

Binəqədi Rayon Polis Bölməsinə qəsəbə sakini 1978-ci il təvəllüdlü Yusifova Gülxanım Rəsul qızı müraciət edib. O qeyd edib ki, avqustun 5-də saat 23:00 radələrində Eldar adlı şəxs onun qızı 1998-ci il təvəllüdlü Aytəni və 2015-ci il təvəllüdlü nəvəsi Yusifi oğurlayıb.

Qadının sözlərinə görə, Eldar Aytəni evlənmək məqsədi ilə qaçırıb. Hazırda polis faktla bağlı araşdırma aparır.

İnterpress.az