Türkmənistan prezidenti Bakıda Avropaya qaz nəqlini müzakirə edəcəkbackend

Türkmənistan prezidenti Bakıda Avropaya qaz nəqlini müzakirə edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkmənistan prezidentinin azərbaycanlı həmkarı İlham Əliyevlə müzakirə edəcəyi məsələlərdən biri sənaye-energetika və nəqliyyat sahələrində əməkdaşlığın genişləmdirilməsidir.

“Tərəflər Türkmənistan qazının Xəzər dənizi və Azərbaycan üzərindən Avropaya nəqlinin mümkünlüyünü müzakirə edəcəklər. Bununla yanaşı, Xəzər dənizində sərnişin və yük dövriyyəsinin artırılması da müzakirə olunacaq məsələlər arasındadır”, – deyə Türkmənistan mətbuatı yazır.

Danışıqlar zamanı Xəzərin hüquqi statusuna dair fikir mübadiləsinin aparılması da nəzərdə tutulub.

Görüşün yekununda bir sıra ikitərəfli sənədin imzalanması nəzərdə tutulub.

İnterpress.az