Tərkib:
Mozzarella pendiri
Cherry pomidor
Kahı
Reyhan yarpaqları
3 yemək qaşığı zeytun yağı
Duz və qara istiot
2 çay qaşığı balzamik sirkə
Hazırlanması:
Pomidorları tavada zeytun yağı ilə təxminən 5 dəqiqə qədər bişirin. Duzunu əlavə edib bir neçə dəqiqə çevirin. Salat badəsinə pomidorları, seçimə bağlı olaraq kvadrat ya da yumru doğradığınız mozzarella pendiri, kahı və fesleğeni əlavə edin. Son olaraq üzərinə duz, istiot, balzamik sirkə və zeytun yağı əlavə edin.
İnterpress.az