\”Report\” xəbər verir ki, hadisə Sabunçu rayonumda qeydə alınıb.
Belə ki, Balaxanı qəsəbəsində ailə-məişət zəmnində dava düşüb. Nəticədə 34 yaşlı Əlixanov Bəhrəm Eldar oğlu bədəninin müxtəlif nahiyyəsindən və onun qardaşı 40 yaşlı Əlixanov Surət Eldar oğlu ürək nahiyəsindən bıçaqlanıb.
Hər iki yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Vəziyyətləri ağırdır.
Hadisəni törədən şəxs Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. O, S.Əlixanovun qaynıdır.
İnterpress.az