İnterpress.az “Vesti Ru”ya istinadən xəbər verir ki, İranlı Tələbələr Xəbər Agentliyinə (ISNA) danışan İran Qırmızı Aypara, Yardım və Xilas Etmə Qurumu Rəhbəri Mürtəza Səlimi, \”Gulistan, İylam, Xorasani Rəzəvi, Şimali Xorasan və Semnan vilayətlərində meydana gələn sel fəlakətdə 11 nəfərin həyatını itirdiyini, 2 nəfərin də itkin olduğunu\” söylədi.
Səlmi, \”Xorasanı Rezevinde 8, Gulistanda 2 və Şimali Xorasan əyalətində 1 nəfər həyatını itirdi. Gulistan əyalətinə bağlı Əli Abad rayonunda isə 2 nəfər itkin düşdü\”-dedi.
Yaşayış məntəqələrində maddi və mənəvi ziyana yol açan sel fəlakətinin baş verdiyi bölgələrdə, axtarışların davam etdiyi qeyd edilib.
İnterpress.az