Keniyada seçki sonrası zorakılıq: 24 nəfər öldübackend

Keniyada seçki sonrası zorakılıq: 24 nəfər öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az \”Ria Novosti”yə istinadən xəbər verir ki, Keniya İnsan Haqları Komissiyası, ölənlərin 17-nin paytaxt Nairobide həyatlarını itirdikləri açıqlayıb.
Yerli mətbuat yolları barrikadalarla bağlayaraq od yandıran və dükanlara zərər verən etirazçılarla, polis arasında qarşıdurma çıxdığını və polisin etirazçılara atəş açdığını bildirib. Müxalifət partiyalarının yaratdığı Milli Super İttifaqı Partiyası, Keniya polisinin, aralarında uşaqların da olduğu 100 etirazçı öldürdüyünü iddia etdi. Hökumət isə iddiaları təkzib edib. Müxalifət lideri Raila Odinga, havadarlarından bu gün işə gəlməmələrini istədi, hökuməti də qanun pozuntusu və zorakılıq tətbiq etməklə günahlandırdı.

İnterpress.az