BMT üzvü Del Ponte:”Əsədin məhkum olunması üçün kifayət qədər dəlil var”backend

BMT üzvü Del Ponte:”Əsədin məhkum olunması üçün kifayət qədər dəlil var”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Gazeta Ru”ya istinadən xəbər verir ki, Reuters İsveçrə qəzeti Sonntags Zeitunga verdiyi xəbərə görə, Del Ponte Əsədin məhkum olunması üçün yetərli dəlil olub olulmamış bağlı suala, \”Bəli, buna əminəm. Bu səbəblə vəziyyət çox mütəəssir olur. Hazırlıq işi tamamlanıb. Buna baxmayaraq nə bir prokuror, nə də məhkəmə var\” şəklində cavab verib.

Daha əvvəl Ruanda və keçmiş Yuqoslaviyada törədilən müharibə cinayətlərini mühakimə edən 70 yaşlı Ponte keçən həftə komissiyadakı vəzifədən gedəcəyini açıqlayıb, ancaq bunun üçün tarix verməmişdi. Del Pontenin qərarına səbəb olaraq Birləşmiş Millətlər Təhlükəsizlik Şurasının Suriyayla bağlı xüsusi məhkəmə yaratmaq məsələsində kifayət qədər lageyd qalmasını göstərmişdi.

Birləşmiş Millətlər mühakimələr üçün yeni bir orqan yaradmış olsa da, 6 ildən çox bir müddətdir davam edən döyüşdə işlənən müharibə cinayətlərilə əlaqədar olaraq bir məhkəmənin yaradılması ilə bağlı hər hansı bir tədbir görməməklə birlikdə, Birləşmiş Millətlər Təhlükəsizlik Şurasının vəziyyəti Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsinə sövq etmədiyi də gözə çarpır.

Del Ponte: \”6 ildir ki, komissiya araşdırma aparıb. İndi bir prokuror bizim işimizə davam etməlidir və müharibə cinayətlərini xüsusi məhkəmənin qarşısına çıxarmalı. Lakin Rusiyanın Birləşmiş Millətlər Təhlükəsizlik Şurasında veto edərək əngəllədiyi tam da bu\” dedi.
Ponte müharibədə hansı tərəfin araşdırdığı sualına da, \”Hamısı müharibə cinayətləri törədib. Bu səbəblə hamısını araşdırdıq\” şəklində cavab verib.

Qeyd edək ki, Əsəd rəhbərliyi, Birləşmiş Millətlər Təşkilatı Suriya Araşdırma Komissiyasının hökumət qüvvələri tərəfindən törədilən müharibə cinayətləri ilə bağlı hesabatlarını qəbul etmir.

İnterpress.az