Boluda 78 nəfərin həyatına son qoyan yanğının ilk anlarını əks etdirən görüntülər ortaya çıxıb.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Kartalkayadakı Grand Kartal otelində 78 nəfərin həyatına son qoyan yanğının ilk anlarını əks etdirən CCTV görüntülərdən hadisənin əsl səbəbi aydınlaşıb.
Yanğının səhər yeməyi üçün kartof qızartması bişirmək üçün açıq qalan qril qurğusunda başladığı məlum olub.
Xuraman Etibarlı
İnterpress.az