İnterpress.az Axşam.az-a istinadən sizlərə 3 gün edəcəyiniz pəhriz təqdim edir:
Birinci gün – Səhər:
Yuxudan oyanan kimi 1 stəkan limonlu su için. Bir az keçdikdən sonra meyvə salatı yeyin.
Günorta:
1 dilim buğda çörəyi, 1 stəkan şəkərsiz limonat.
Axşam:
Meyvə salatı və limonat. Gün ərzində bitki çayları için.
İkinci gün – Səhər
1 stəkan yaşıl çay, göyərti, 5 ədəd badam, kök.
Günorta:
2 ədəd soyutma yumurta, soyutma ispanaq.
Axşam:
200 qram toyuq filesi, tərəvəz salatı. Gün ərzində ən az 2 litr su içməlisiniz.
Üçüncü gün – Səhər
1 ədəd yaşıl alma, 2 dilim ananas, şəkərsiz limonat.
Günorta:
Detoks şorbası (Tərəvəzlərlə hazırlanır. Duz əvəzinə ədviyyat vurun)
Axşam:
Axşam da detoks şorbası için. Yaşıl çayı unutmayın.
İnterpress.az