Tanınmış yazıçı doğum günündə Allaha yalvardı: “Canımı qurtar”backend

Tanınmış yazıçı doğum günündə Allaha yalvardı: “Canımı qurtar”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Yenicag.az-a açıqlama verən V. Babanlı kövrəlib:

“Sağ olsunlar, qohum-qardaş, uşaqlar başıma yığışıb təbrik etdilər. 91 yaşım olur. Mənim üçün adi doğum günlərindən biridir. Keçən il yubileyim idi, eloğlularım yığışıb, yaxşı bir məclis təşkil etdilər. Bu gün isə yorğan-döşəkdəyəm, nə doğum günü? Canımla əlləşirəm, yeriyə bilmirəm. Dəmir hasa ilə evdə gəzmək yazıçı üçün çox çətindir. Daha gözlərim də görmür.

Yazıçı Allahdan ən böyük arzusunu da dilə gətirdi:

“Allaha yalvarıram ki, bu dəmir hasalardan canımı qurtar. Sağlamlıq istəyirəm. Bu yaşımda da yazıb-yaratmaq arzusundayam”.

İnterpress.az