Horadiz əməliyyatı keçirilməsəydi…backend

Horadiz əməliyyatı keçirilməsəydi…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu SİA-ya açıqlamasında politoloq Arzu Nağıyev deyib.

Əməliyyatın mühüm strateji əhəmiyyət daşıdığını deyən A.Nağıyev bildirib ki, əməliyyat 1993-cü ilin dekabrından başlayaraq, 1994-cü ilin yanvarın 6-na qədər davam edib: “Əməliyyat zamanı Ermənistan Silahlı Qüvvələrinin hücumlarının qarşısının alınması nəticəsində demək olar ki, Füzulinin sərhədboyu kəndlərindən 20-si işğaldan azad edilib. Həmin dövrdə Cocuq Mərcanlı kəndi də işğaldan azad edilmişdi. Burada İranla həmsərhəd olan, mühüm strateji əhəmiyyətli Arazboyu kəndləri var ki, onların işğalının qarşısı alınmasaydı, Ermənistan silahlı birləşmələri və digər qoşunlar çox güman ki, artıq Beyləqan istiqamətində özlərinə yol açardılar. Məhz Horadiz əməliyyatı nəticəsində bunun qarşısını almaq mümkün oldu”.

Horadiz əməliyyatı keçirilməsəydi...

Politoloqun sözlərinə görə, əgər Ermənistan sözügedən istiqamətdə hücuma keçsəydi, artıq İranla keçid nöqtələrimiz, sərhəd qoşunlarımızın oradakı qərargahı ələ keçə bilərdi.

“Horadiz bu əməliyyatın həyata keçirilməsində Ulu Öndər Heydər Əliyevin müstəsna rolu olub. Əgər bu əməliyyat keçirilməsəydi, Aran Qarabağı ilə Dağlıq Qarabağ arasında çox acınacaqlı vəziyyət yarana bilərdi. Azərbaycan ordusu burada üç istiqamətdə hücuma keçmişdi. Ordumuz elə taktika seçmişdi ki, bu hücumlarla Dağlıq Qarabağ istiqamətində bur sıra hücumlar qarşısı alındı. Bu hücum Azərbaycan ordusunun bir daha mütəşəkkil şəkildə vuruşma, yüksək imkanlara malik olduğunu göstərdi” – deyə, politoloq qeyd edib.

A.Nağıyev əlavə edib ki, Horadiz hücumundan sonra düşmən ordusu uzun müddət özünə gələ bilmədi: “Onların bir sıra planları, fikirləri puça çıxmışdı. Buna görə, hesab edirəm ki, Horadiz əməliyyatı Azərbaycan Silahlı Qüvvələrinin erməni silahlı qüvvələrinə qarşı mühüm döyüş taktikası həyata keçirdilər və bununla da döyüşün daha geniş əkil almasının qarşısını aldılar. Bu da Azərbaycan üçün çox mühüm idi”.

İnterpress.az